“Football-plus.az” Danimarka təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, kollektiv Masazırda keçiriləcək oyun üçün azarkeşlərindən dəstək istəyib. Klubun yaydığı məlumatda qonaqlar üçün 425 oturacağın ayrıldığı, bu yerlərin doldurulmasının vacibliyi vurğulanıb.
Klub hava şəraiti barədə də qeydlər paylaşıb:
“Oyunun axşam saatlarında keçirilməsi bizim üçün qismən yaxşı xəbərdi. Çünki Bakı və Abşeronda gündüz saatlarında azı 30 dərəcə isti olur. Ancaq oyun vaxtı temperatur 25-28 dərəcə aralığında olacaq”.
Xatırladaq ki, cavab matçı avqustun 11-i, saat 20.00-da start götürəcək.
KƏNAN BAHADIR






