“Valensiya”nın tarixinə düşdü

8.08.2026 15:57 16
Dünya futbolu
“Valensiya” Yaponiya millisinin yarımmüdafiəçisi Ruyunosuke Satonu transfer edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniya klubu 19 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. Sato “Valensiya”nın tarixinə ilk yaponiyalı futbolçu kimi düşüb.

Yeniyetmə futbolçu ötən mövsümü Yaponiyanın “Facana Okayana” klubunda keçirib.