“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!

7.08.2026 17:20 46
Avrokuboklar / Aktual
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” oyunu üçün satılan biletlərin sayı məlum olub.

Bu barədə “Football-plus.az”a Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. Klub rəsmisi indiyə qədər 5 min biletin sahibini tapdığını açıqlayıb.

Maraq üçün qeyd edək ki, oyunun baş tutacağı “Bank Respublika Arena”nın tamaşaçı tutumu 8900 yerlikdi.

Bununla belə, bilet satışı davam edir. Komandaya stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından və "Bank Respublika Arena”nın kassalarından əldə edə bilər.

KƏNAN BAHADIR