“Barselona” yeni transferini açıqlayıb. İspaniya nəhəngi bu barədə rəsmi saytında məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, klub “Brügge”nin vingeri Cessi Bisiva ilə müqavilə imzalayıb. 18 yaşlı futbolçu ilə müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, transferin məbləği 8,5 milyon avro təşkil edib. Bundan əlavə, “Brügge” oyunçunun növbəti satışından əldə olunacaq gəlirin 20 faizini alacaq.
Bisiva ötən mövsüm meydana çıxdığı 23 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.