İtaliya klubunda yeni müqavilə

8.08.2026 17:16 5
Dünya futbolu
Antonio Verqara “Napoli”də daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi İtaliya klubu ilə yeni müqavilə imzalayıb. Klubun rəsmi saytının məlumatına görə, 23 yaşlı italiyalı futbolçu ilə müqavilənin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.

Verqara ötən mövsüm meydana çıxdığı 19 oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.