“Liverpul” qapıçısı Freddi Vudmanın müqavilə müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə premyer-liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İngiltərəli qapıçının gələn ilin iyununda sona çatacaq sözləşməsi daha 2 il müddətinə artırılıb.
29 yaşlı Vudman ötən mövsüm ölkə çempionatının 3 oyununda meydana çıxmaq şansı qazanıb. O, “Liverpul”da 2025-ci ilin yayından çıxış edir.