İngiltərə klubunu tərk etdi

8.08.2026 13:17 4
Dünya futbolu
[b]“Nyukasl”da gözlənilən ayrılıq rəsmiləşib. Eddi Hau baş məşqçi vəzifəsini tərk edib.
[/b
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəsmi saytının məlumatına görə, 48 yaşlı mütəxəssis bu qərarı özü verib. O, 2021-ci ilin noyabrında “Nyukasl”ın baş məşqçisi təyin olunmuşdu. Komanda Haunun rəhbərliyi altında iki dəfə Çempionlar Liqasına vəsiqə qazanıb və klub tarixində ilk dəfə bu turnirin pley-off mərhələsinə çıxıb.

“Nyukasl” 2024/25 mövsümündə Hau ilə İngiltərə Liqa Kubokunun qalibi olaraq 70 ildən sonra ölkədaxili ilk titulunu əldə edib.