Londonda iş yerini dəyişdi

26.08.2026 13:28 5
Dünya futbolu
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, London klubu “Kristal Pelas”ın futbolçusu Maksans Lakruanın transferini rəsmən açıqlayıb. 26 yaşlı müdafiəçi ilə müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Lakrua ötən mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 55 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. O, dünya çempionatında Fransa yığmasının heyətində 3 matçda iştirak edib.