“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı

7.08.2026 13:51 112
Ölkə futbolu / Aktual
Uzun sürən təmirdən sonra dünən Gəncə şəhər stadionunda yoxlama xarakterli matç baş tutub. Bu qarşılaşma əsasən stadionun hazırkı vəziyyətini yoxlamaq niyyəti güdürdü.

“Kəpəz”i “Karvan-Yevlax”la oyunda gəncəli azarkeşlər və təbii ki, “Xəmsə” fanklubu da dəstəkləyib.

Yeni stadion azarkeşlərə necə təsir bağışlayıb? Gəncəlilər 15 min yerlik stadionu doldura biləcəkmi?

“Football-plus.az”ın suallarına adı çəkilən fanklubun rəhbəri Müşfiq Məmmədov cavab verdi:

“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü. Qalır ona uyğun klubun olması. Özümüzü inandırmağa çalışırıq ki, o da nə vaxtsa olar. Gəncə camaatı futbola ac olduğu üçün ilk turlarda, bir də prinsipial sayıla biləcək rəqiblərlə oyunlarda dolduracaq, amma digər oyunlarda hər şey nəticədən asılı olacaq”.

İSRAYIL XEYRULLAYEV