Dünya çempionu vəfat etdi

7.08.2026 21:51 9
Dünya futbolu
İtaliya futboluna ağır itki üz verib. Ölkə yığmasının sabiq müdafiəçisi Franko Barezi vəfat edib.

"Football-plus.az" xəbər verir ki, əfsanəvi futbolçu ağciyərindən keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə apara 66 yaşlı futbol veteranı dünyasını dəyişib.

Barezi karyerası ərzində yalnız “Milan”da çıxış edib. 1977-97-ci illərdə oynadığı komandada 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Çempionları Kubokunun (Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kubokun qalibi olub. 15 il “Milan”ın kapitan sarğısını daşıyan Franko karyerasını başa vurduqdan sonra onun geydiyi “6” nömrəli forma əbədiləşdirilib.

İtaliya yığmasındə 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub.