"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi

7.08.2026 20:13 2
Ölkə futbolu
“Sumqayıt” bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.

Əvvəldən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb (0:0)

"Sumqayıt" buna qədər keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib, "İmişli"yə 1:4 hesabı ilə uduzub.