“Sabah” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Orhus”u qəbul edəcək. Məlum olduğu kimi, ilk oyunda 1:2 uduzan “bayquşlar” evdə mütləq qələbə qazanmalıdı.
Danimarkada keçirilən ilk matçda hava şəraitinin komandaların çıxışına mənfi təsir etdiyini gördük. Hətta meydan sahibləri də öyrəşdikləri istiyə tab gətirməkdə çətinlik çəkdi. Maraqlıdı, bəs, cavab oyunu hansı hava şəraitində keçiriləcək?
“Football-plus.az” xatırladır ki, matça avqustun 11-də, saat 20.00-da Masazırda yerləşən “Bank Respublika Arena”da şahidlik edəcəyik. Həmin gün günorta saatlarında 30 dərəcə isti olacaq. Oyun vaxtı isə cüzi dəyişiklik olacaq – temperatur 2 dərəcə aşağı enəcək. Həmin vaxt Orhusda hərarət 19 dərəcə olacaq. Beləliklə, qonaqlar səfərdə 8 dərəcə daha isti hava şəraitində oynamalı olacaq.
Maraq üçün qeyd edək ki, Randers şəhərində “Orhus” – “Sabah” matçı keçirildiyi vaxt 25 dərəcə isti olub.
KƏNAN BAHADIR