“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, paytaxt klubu Santyaqo Kastronu “Bolonya”dan transfer edib. 21 yaşlı argentinalı futbolçu ilə imzalanan müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
İtaliya mətbuatının məlumatına görə, “Roma” transferə görə “Bolonya”ya 35 milyon avro ödəyəcək. Razılaşmaya bonuslar və futbolçunun gələcək satışından faiz maddəsinin də daxil olduğu bildirilir.
Santyaqo “Bolonya”da 2024-cü ildən çıxış edirdi. O, bu klubda keçirdiyi 105 oyunda 22 qol vurub və 11 məhsuldar ötürmə edib.