• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məğlub Nəriman!

Manşet / Yazarlar

Bu gün, 17:50

Nəriman Axundzadənin klubunu dəyişdiyindən xəbərdarsız. “Kolambus Kryu”nun şərəfini qoruyan hücumçu avqustun 3-dən bəri “Ərzurumspor”dadı. Deməli, həmvətənimiz artıq MLS-də yox, Türkiyə superliqasında forma geyəcək. Qardaş ölkə klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, Ərzurum təmsilçisi futbolçunu birilliyə icarəyə götürüb. Üstəlik yeni klubu “Kolambus Kryu” ilə imzalanan sənəddəki xüsusi bəndə görə tələb edilən təzminat məbləğini ödəsə, gələn ilin yayında hücumçunun tamhüquqlu sahibi ola bilər.

Xatırlayırsızsa, Ohayo təmsilçisi Nərimanı bu ilin əvvəlində “Qarabağ”dan 2,5 milyon avro müqabilində transfer etmişdi. Bu gün oyunçunun transfer bazarındakı dəyəri 2 milyon avro kimi qiymətləndirilir. Əlbəttə, bu fakt bizi təəccübləndirməməlidi. Azı ona görə ki, hücumçu ABŞ klubunda özünü yaxşı tərəfdən göstərə bilmədi. Ən əsası, MLS-də fərqlənə bilmədi. “Kolambus Kryu”da yaşanan baş məşqçi dəyişikliyi də Nərimanın yoluna işıq tutmadı. Ona Henrik Ridström də şans vermədi, müvəqqəti çalışdırıcı Loran Kurtua da. Maraq üçün qeyd edək ki, Axundzadə MLS-də meydanda olduğu 8 oyunda (6-sı ehtiyatdan daxil olmaqla) cəmi bir dəfə “çərçivə”yə zərbə endirə bildi. Acı reallıq olsa da, 203 dəqiqəni boşa verdi. Kəsəsi, həmvətənimizin ABŞ çempionatıyla bağlı yeganə uğuru bu yarışda forma geyən ilk azərbaycanlı futbolçu kimi tarixə düşməsi oldu. Kubok oyunlarında vurduğu qollara təsəlli gözü ilə baxmağa isə dəyməz. Hər halda, həmin oyunlar ilk mərhələlərdə keçirildiyindən rəqiblər yetərincə zəif idi. Nərimandan o vaxt ağızdolusu danışmaq mümkün olardı ki, Messinin də şərəfini qoruduğu “İnter Mayami”yə qarşı meydanda olsun. Çox arzulamırdıq, cəmi bir neçə dəqiqə. Bu da olmadı...

Ümumiyyətlə, Nəriman ABŞ çempionatında parlamaq imkanını əlinin arxası ilə uzaqlaşdırdı. Başqa sözlə, geriyə addım atdı. Təsəvvür edin, o, futbol dünyasının canlı əfsanəsi Messi ilə qarşılaşmaq ehtimalı olduğu halda, “Ərzurumspor”la danışıqlar içində idi. Sonda adı oyunun iştirak ərizəsinə belə salınmadı. Halbuki bu qarşılaşmada Nərimanın yox, DÇ-2026-nın yorğunluğunu atmaq məqsədilə istirahətdə olan Messinin meydana çıxmayacağı proqnozlaşdırılırdı. Lakin çətinliklə üzləşən futbolçu daha çox çalışmağı, promlemlərə sinə gərməyi yox, sözün əsl mənasında, növbəti dəfə qaçmağı, təslim olmağı seçdi! Bəli-bəli, növbəti dəfə. Axı o, “Qarabağ”dan da qaçaraq uzaqlaşmışdı. Sadəcə, səbəb fərqli idi: ictimai təzyiqlə mübarizə aparmaqda çətinlik çəkir, sağlam tənqidə belə məhəl qoymurdu. Məhz həmin vəziyyət Nərimanı “köhlən atlar”ın heyətindən qopardı, uzağa – ABŞ-nin şərqində yerləşən Ohayo ştatına apardı. Öz aramızdı, orda da futbolçunun ətrafında azərbaycanlı azarkeşləri görürdük. Ancaq hansısa böyük kütlədən söhbət gedə bilməz. 5-6 nəfər ona, demək olar, hər oyunda Lənkəranın ləzzətli ləvəngisindən gətirir, tribunalarda ölkəmizin bayraqlarını dalğalandırır, Nərimana xüsusi dəstək göstərirdilər. Təəssüf ki, bu məqam da futbolçunun əsas heyətdə möhkəmlənmək uğrunda mübarizəsinə yardım edə bilmədi. Belədə ağla məşhur bir məsəl gəlir: quyuya su tökməklə sulu olmaz!

Bəs indi Nərimanı nə gözləyir? 5 illik fasilədən sonra 1-ci liqada çempion olan “Ərzurumspor”. Onun burda nə dərəcədə uğurlu olacağı sual altındadı. Bəlkə torba-torba qollar vuracaq, bəlkə burda da uğursuz mövsüm keçirəcək. Bunu yalnız Allah bilir. Hər halda, arzumuz ilk ehtimaldı. Lakin belə xarakterlə irəli addımlamaq yetərincə çətin olacaq. Nəriman artıq məğlub olmaqdan, taleyinə boyun əyməkdən çəkinmir. Nəriman artıq ən təhlükəli xəstəliyə - təslimçiliyə yoluxub. Allah köməyin olsun, qardaş!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-05-2026, 16:0

Nərimanın baş məşqçisi qovuldu

Ölkə futbolu

13-05-2026, 12:0

Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ

Dünya futbolu

15-03-2026, 10:0

"Kolambus Kryu" uduzdu, Nəriman debüt edə bilmədi

Ölkə futbolu / Manşet

11-02-2026, 10:0

Nəriman Amerikanın ən titullu 3-cü klubuna gedir! – 50 milyon avro, belaruslu və ukraynalı...

Aktual / Dünya futbolu

5-04-2026, 10:0

“Kolambus Kryu” ilk qələbəsini qazandı, Nəriman isə...

Dünya futbolu

23-04-2026, 22:0

"Kolambus Kryu" Nərimanı təbrik etdi

Aktual
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
Son xəbərlər
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 116
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 78
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə