Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
Dinamo (Kiyev, Ukrayna) - Qarabağ (Ağdam) 1:0 (1:0)
71. Vyaçeslav Surkis
44. Vladislav Dubinçak (k)
(18. Aleksandr Tımçik, 69)
32. Taras Mixavko
94. Tomaş Kencyora
5. Aleksey Sıç
15. Valentin Rubçinski
(8. Aleksandr Pixalenok, 87)
6. Vladimir Brajko
70. Boqdan Reduşko
(22. Vladislav Kabayev, 80)
21. Castin Lonveyk
(10. Nikolay Şaparenko, 69)
39. Eduardo Gerrero
(9. Nazar Voloşin, 69)
11. Matvey Ponomarenko
Ehtiyat oyunçular
35. Ruslan Neşeret
43. İlya Olxovı
40. Kristian Belovar
66. Aliu Tiare
7. Andrey Yarmolenko
29. Vitali Buyalski
99. Pyer Munqenqe
Baş məşqçi: İqor Kostyuk
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
(5. Bruno Lanqa, 75)
4. Bense Varkonyi
2. Mateus Silva
25. Cebrail Makreskis
8. Marko Yankoviç
(9. Xoni Montiel, 79)
35. Pedro Bikalyo
(88. Samuel Lobato, 75)
10. Abdulla Zubir (k)
29. Renaldo Sefas
(22. Musa Qurbanlı, 62)
7. Jali Muaddib
21. Aleksey Kaşuk
(20. Kadi Borges, 62)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
23. Martin Zlomisliç
13. Bəhlul Mustafazadə
55. Bədavi Hüseynov
32. Hikmət Cəbrayılzadə
49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov
Qol: M.Ponomarenko, 10.
Vərəqələr: V.Dubinçak, 14. T.Kencyora, 81. M.Silva, 90+4. N.Şaparenko, 90+6 - sarı. C.Makreskis, 88 – qırmızı.
Hakimlər: MORTEN KROQ, Steffen Bramsen, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).
VAR hakimi: Yakob Kehlet (Danimarka).
VAR hakiminin köməkçisi: Yens Maae (Danimarka).
Hakim-inspektor: Con Uard (İrlandiya).
UEFA nümayəndəsi: Mixalis Mitas (Cənubi Kipr).
6 avqust. Lyublin (Polşa). “Motor Lyublin Arena”. 4335 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Qurban Qurbanov ÇSKA ilə cavab oyunuyla müqayisədə dünən heyətdə xeyli dəyişikliyə əl atdı. Savonun yoxluğu zədə ilə bağlıydısa, bu dəfə Makreskis, Sefas və Muaddib start heyətində yer almış, Bədavi ilə Kadi ehtiyatda qalmışdı. Sonuncu ilə bağlı qərar anlaşılandı: braziliyalı heç cür əvvəlki formasını bərpa edə bilmir.
Tribunalar “Dinamo”ya çılğıncasına dəstək versə də, “Qarabağ” oyun başlayan kimi təşəbbüsü ələ aldı, ilk 10 dəqiqədə faktiki rəqibin mərkəzi keçməsinə imkan vermədi. 8-ci dəqiqədə Kaşuk hesabı açmağa yaxın oldu, ancaq “çərçivə”yə düşə bilmədi. Hesabı isə kiyevlilər elə ilk hücumda açdı. Zubir mərkəzdə topu itirdi, Varkonyi topu Koxalskiyə ötürərkən kobud səhvə yol verdi, Ponomarenkoya mane olmaq istəyən Mateus artistcəsinə özünü yerə atsa da, Matvey asanlıqla topu tora göndərdi.
Kuryoz qoldan şoka düşən “Qarabağ” uzun müddət özünə gələ bilmədi. Nadir və o qədər təhlükəli olmayan hücumlar zamanı isə futbolçuların sürəti kifayət etmirdi, onlar sanki daş daşıyandan sonra meydana çıxmışdılar. Düşünmək olardı ki, su fasiləsi oyunçularını silkələmək baxımından Qurbanovun işinə yarayacaq. Təəssüf ki, belə olmadı. “Qarabağ”ın oyunçuları mübarizə canlanandan sonra da, sadəcə, nə etmək istədiklərini bilmirdilər. Vəziyyəti belə görən Yankoviç 33-cü dəqiqədə uzaqdan zərbə ilə bəxtini sınasa da, top qapının üstündən keçdi. 34-cü dəqiqədə Koxalski Lonveykin zərbəsini dəf edəndən sonra ağdamlılar sürətli hücum qurdu, bu dəfə də Muaddib gecikdi, Yankoviçin ötürmə verdiyi Kaşuk ofsayda düşdü. 38-ci dəqiqədə künc zərbəsindən sonra əvvəlcə Mateus, ardından Kaşuk dəqiq zərbə vura bilmədi. 42-ci dəqiqədə sol cinahla qurulan hücumun ardından Muaddib zərbə mövqeyinə çıxsa da, “çərçivə”yə düşmədi. Komandalar fasiləyə kiyevlilərin minimal üstünlüyü fonunda yollandı.
İkinci hissədə də eyni tərzdə başladı. Yenə nə etmək istədiyi anlaşılmayan “Qarabağ”, nə etmək istədiyini bilməyən Kaşuk var idi. Qurbanov isə heç bir dəyişikliyə ehtiyac duymamışdı. 52-ci dəqiqədə Gerrero az qala 2-ci topu “Qarabağ”ın qapısından keçirəcəkdi. Hissənin əvvəlində ağdamlılar topa daha çox nəzarət etsə də, kiyevlilərin hücumları təhlükəli alınırdı.
Nəhayət, 62-ci dəqiqədə ağdamlıların çalışdırıcısı oyuna müdaxilə etməyi lazım bildi: meydana Kadi ilə Musanı buraxdı. Bundan sonra ağdamlıların hücumları bir qədər canlandı. 68-ci dəqiqədə Zubir cərimə meydançasında Gerrerodan topu alıb, qapı önünə ötürmə verdi, Surkisin qaytardığı topa Muaddib çox uğursuz zərbə vurdu. Bu hücumun cavabında Şaparenko Koxalski ilə üz-üzə qalsa da, topu tora sala bilmədi. Məğlubiyyətin qaçılmaz olduğunu görən Qurbanov isə artıq 79-cu dəqiqədə dəyişiklik limitini doldurdu. Məhz həmin anda Voloşin nəinki oyunun, hətta cütün taleyini həll edə bilərdi. Koxalski araya girdi, ustalığını göstərdi. 2-ci qola imkan vermədi.
“Qarabağ” son 10 dəqiqədə təzyiqi artırdı. Amma bu təzyiq kəskin hücumlarla müşayiət olunmurdu. Odu ki, kiyevlilərin qələbə hesabını qoruması çətin olmadı. Üstəlik sonda Kabayevə qarşı hədsiz kobus oynayan Makreskis də meydandan qovuldu.
Bəli, “Qarabağ” bu dəfə də uduzdu. Özü də etiraf etmək lazımdı ki, qələbə yolunda heç bir fədakarlıq göstərmədən. Ümumiyyətlə, belə oyun, belə anlaşma səviyyəsi ilə nəinki Konfrans Liqasında əsas mərhələyə qalmaq, premyer-liqada iddialı olmaq belə çətindi. Qurbanov yenə də nəyisə dəyişməlidi. Amma nəyi?!
ORXAN