“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirilən ilk oyundan (0:1) sonra paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, o, instaqram hesabının hekayə bölməsində komandasına dəstək mesajı yayınlayıb.
“Hələ heç nə bitməyib, son dəqiqəyə kimi döyüşəcəyik. Bizim xarakterimizdə təslim olmaq yoxdu”, - deyə 23 yaşlı futbolçu yazıb.
“Qarabağ” ilk görüşdə Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 13-də Bakıda keçiriləcək.