Dünən oynanılan mövsümün son İstanbul derbisində nə şiş yandı, nə də kabab.
''Vodafon Park''da oynanılan ''Beşiktaş'' ''Fənərbaxça'' matçında qalib müəyyənləşmədi. Maraqlıdı ki, bu komandaların ardıcıl 3-cü duelində bərabərlik qeydə alındı. ''Fənərbaxça''nın 7 oyunluq qələbə seriyası qırılsa da, komandanın məğlubiyyətsiz seriyası 12 oyuna yüksəldi (10 qələbə, 2 heç-heçə). ''Sarı-lacivərdlilər''in sonuncu dəfə bundan daha uzun (15 oyun) məğlubiyyətsiz seriyası 2017/18 mövsümündə olub. ''Beşiktaş'' isə doğma məbədində yenə derbi uduzmamaqla diqqət çəkdi. ''Qartal'' 2016-nın aprelindən buyana istifadəyə verilən''VodafonPark''da əzəli rəqibləri ''Qalatasaray'' və ''Fənərbaxça''ya qarşı keçirdiyi 12-ci superliqa matçında da məğlub olmadı (7 qələbə, 5 bərabərlik). Bundan başqa derbidə Mişi Batşuayi penalti qaçırdı və bu mövsüm superliqada ikinci dəfə bu uğursuzluğu yaşadı. Sonuncu dəfə bir mövsümə iki penalti qaçıran ''Beşiktaş''lı futbolçu Mario2015/16-da Mario Qomes olmuşdu.