Bunun səbəbini öyrənmək üçün Bəhlulun atası Ələmdar Mustafayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bəhlulun durumu yaxşıdı. Zədəsi sağalıb. Şükür Allaha, hər şey geridə qalıb. Ötən oyunlarda komandasına kömək edə bilmədiyi üçün məyusdu. Hazırda tam formada deyil. Bu üzdən start heyətində meydana çıxa bilməz. ÇSKA ilə səfər matçında baş məşqçi Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin hücumçu Zakaria Savo zədələndiyi üçün qayıdışı təxirə düşdü. Bəhlulun məşqlərini izləyirəm. Böyük ölçüdə irəliləyiş var. Komandayla birgə “Dinamo”ya qarşı oyun üçün səfərə yollanacaq. Ümid edirəm ki, həmin matçda oynaya biləcək”.
KƏNAN BAHADIR






