Rüstəm Samiqullin "Karvan-Yevlax"da

7.08.2026 18:26 12
Ölkə futbolu
"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi qapıçı Rüstəm Samiqullini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı qolkiperlə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Rüstəm Samiqullin son olaraq “Cəbrayıl”ın formasını geyib.