“Zirə” Namik Ələskərovla yolları ayırdı

7.08.2026 16:57 8
Ölkə futbolu
“Zirə” futbolçusu Namik Ələskərovla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi ilə 31 yaşlı yarımmüdafiəçi arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Zirə” Ələskərova göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Namik 2025-ci ildən "Zirə"nin formasını geyirdi.