Fransada klubunu dəyişəcək

20.08.2026 12:56 11
Dünya futbolu
PSJ heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındı.

"Football-plus.az" xəbər verir ki, Fransa çempionu “Monako”nun yarımmüdafiəçisi Maqnes Akliuşun transferi ilə bağlı razılığa gəlib. Məlumata görə, Paris təmsilçisi 24 yaşlı futbolçu üçün 50 milyon avro ödəyəcək. Tərəflər 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırıblar.

Rəsmi açıqlamanın gələn həftənin əvvəlində veriləcəyi gözlənilir.

Akliuş ötən mövsüm bütün turnirlərdə 43 matçda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.