• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Benites “Real”dakı dönəminin uğursuz olduğunu düşünmür

Dünya futbolu

21-02-2023, 16:0

Rafael Benites ÇL-in “Liverpul” – “Real” oyunu ərəfəsində İspaniyanın “Marka” nəşrinə açıqlamalar verib.

Bilindiyi kimi, təcrübəli ispaniyalı mütəxəssis hər iki klubda baş məşqçi kimi çalışıb. O, 2005-də “Liverpul”un başında ÇL-i qazanıb. Özü də finalda Karlo Ançelottinin əzəmətli “Milan”ını üstələyərək. “Real”ın başında isə Benites cəmi bir neçə ay işlədikdən sonra 2016-nın yanvarında qovulmuşdu:

“Kimə azarkeşlik edəcəm? Heç kimə. Sadəcə, gözəl oyundan zövq almağa çalışacam. Mən “Real”a hələ 13 yaşımda gəlmişəm və orda bir neçə il keçirmişəm. Baş məşqçi işlədiyim dönəmlə bağlı da xoş xatirələrim qalıb.

Baxmayaraq ki, bir çoxları mənim dönəmimin uğursuz olduğunu düşünür. Amma bununla razı deyiləm. Bizə, sadəcə, işimizi başa çatdırmağa imkan vermədilər. Həmin mövsüm bütün turnirlərdə işlərimiz qaydasında gedirdi. ÇL-də yaxşı oynayırdıq. Kubokda məndən asılı olmayan səbəblərdən (“Real” həmin vaxt cəzalı futbolçu oynatdığı üçün turnirdən kənarlaşdırılmışdı – red.) mübarizəni dayandırdıq. La Liqada “Barselona”dan 2 xal geridə idik və onlardan 2 oyun az keçirmişdik.

Qısası, “Real” 2015/16-da ÇL-i mənim yaratdığım komanda ilə qazandı! Kazemiro, Kovaçiç və Vaskes mənim dönəmimdə transfer olundu. Onlar komandaya balans gətirdi. Həmin vaxt mərkəz hücumçusuna ehtiyac duyurduq. Benzema oynamadıqda çətinlik çəkirdik. Amma rəhbərlik hücumçu almağa ehtiyac görmədi. Fiziki cəhətdən komanda yaxşı durumda idi. ÇL-də hələ də 8:0-lıq rekord bizə məxsusdu. “Malmö”nü bu hesabla yenmişdik. Bundan başqa, “Liverpul” ilə də “Beşiktaş”la oyunda bu cür qələbəm olub. “Real”la “Rayo Valyekano”nu 10:2 yenmişdik. Yəni dediyim kimi vəziyyət acınacaqlı deyildi. Sadəcə, qarşıdan prezident seçkisi yaxınlaşırdı və səhv etmək olmazdı. “Liverpul”da 5,5 il çalışdım. Yəni amerikalılar klubun başına gələnə qədər. Orda sonuncu mövsümümdə pulumuz yox idi. Buna baxmayaraq, “Liverpul”la bağlı yalnız xoş xatirələrim var. Ailəm indiyə qədər də orda yaşayır. Özümə orda çoxlu dost qazandım. Məntiqlə düşünəndə “Liverpul”un qələbəsini arzulamalıyam. Amma digər tərəfdən “Real”ın uduzmasını istəmirəm. Ançelottini gördükdə aramızda 2005-dəki final barədə söhbət olmur. Bilirəm ki, o, həmin finalı xatırlamağı xoşlamır. Amma mən də 2 il sonrakı – Afinada baş tutan finalı xatırlamağı xoşlamıram. Afinada biz daha yaxşı oynamışdıq və qələbəyə layiq idik. Amma uduzduq. Futbol məhz belə oyundu. İstanbulda isə “Milan” üstün oynasa da, biz qalib gəldik. Bir məqam dəqiqdi ki, İstanbuldakı final dramatiklik baxımından avrokuboklar tarixinin ən yaxşı finalıdı və hələ uzun illər də belə qalacaq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-12-2022, 14:0

Zidan, Poçettino, Tuxel və ya Benites Titeyə xələf ola bilər

Dünya futbolu

18-05-2022, 12:0

İngilis mütəxəssis "Liverpul"un "Real"dan güclü olduğunu düşünür

Dünya futbolu

27-03-2022, 20:0

Peres Ançelottiyə nə deyib?

Dünya futbolu

29-05-2022, 10:0

Ançelottidən rekord

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 245
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə