Messi Ronaldonu qabaqlayır

21.02.2023 16:03 233
Dünya futbolu
Karyerası boyunca cərimə zərbəsindən vurduğu qolların sayını 61-ə çatdıran Messi bu göstəricidə Kriştiano Ronaldodan 3 top öndədi.

Football-plus.az xəbər verir ki, argentinalı 2017/18 mövsümündən başlayaraq Avropanın top-liqalarında uzaq məsafədən zərbə ilə 40 qol vurub.
Bu 40 qoldan 22-si cərimə zərbəsinin payına düşür.

Bu arada, Messi 2023-də PSJ-nin heyətində keçirdiyi 8 oyunun 4-də fərqlənib. 35 yaşlı hücumçu cari mövsümdə klub və milli formasında keçirdiyi 37 oyunda 28 qol vurub, 18 məhsuldar ötürmə verib.