Ançelottidən rekord

29.05.2022 10:39 482
Dünya futbolu
"Real" "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək ÇL-də 14-cü dəfə kuboku başı üzərinə qaldırdı.

Bu həm də Madrid təmsilçisinin baş məşqçisinin Karlo Ançelottinin də Çempionlar Liqasında qazandığı 4-cü kubok oldu.

İtaliyalı mütəxəssis bunu bacaran yeganə çalışdırıcıdı. O, Zinəddin Zidan və Bob Peyslini qabaqlayıb (3 qələbə).

62 yaşlı baş məşqçi daha əvvəl "Milan"la 2 (2003, 2007), "Real"la 1 dəfə (2014) ÇL-in qalibi olub.