“Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager bu komandanın Çempionlar Liqasının finalında “Real” önündəki şanslarını dəyərləndirib.
"Football-plus.az" xəbər verir ki, 44 yaşlı mütəxəssis “qırmızılar”ın bütün diqqətini məhz mayın 28-də keçiriləcək həlledici görüşə cəmləməli olduğunu düşünür:
“Liverpul”un optimal heyəti hər mövqedə “Real”dan güclüdü. Komanda İngiltərə premyer-liqasına üstünlük verməməlidi. Mən demirəm ki, Yurgen Klopp çempionluğu qurban versin. Amma Çempionlar Liqasını qazanmaq şansları premyer-liqanın çempionu olmaqdan daha çoxdu”.
Qeyd edək ki, “Liverpul” – “Real” oyunu “Stad de Frans”da keçiriləcək.