Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” (Yunanıstan) matçına 29 min bilet satılıb.
Sabahdan etibarən son 2 min bilet satışda olacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiz.