“Neftçi” – “Aris” matçının biletləri “Iticket.az”da satışda

20.07.2022 21:40 603
Konfrans Liqası
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Aris” (Limassol) oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3B) və 10 (VİP, 3A) AZN təşkil edir.

Biletləri əldə etmək istəyənlər aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə bilet əldə edə bilərlər:

https://iticket.az/events/sport/neftci-pfk-aris-limassol

İyulun 28-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Aris” oyunu saat 21:00-da başlanacaq.