Konfrans Liqasında yeganə təmsilçimiz olan “Neftçi” Vyanada “Rapid”ə 0:2 hesabıyla uduzaraq pley-offdan kənarda qaldı.
Amma nədənsə avstriyalı həmkarlarımız buna o qədər də geniş yer ayırmayıb. Göz gəzdirdiyimiz qaynaqlardan yalnız ikisində “dişə vurulası” materiala rast gəldik.
Laola1.at: “Rapid” öz təşəbbüsü ilə bir neçə gün istirahət etdi. Komandanın baş məşqçisi “Neftçi” ilə səfər oyunundan sonra ölkə çempiontının 5-ci turunda “Hartberq”ə qarşı keçirəcəkləri matçın təxirə salındığı barədə məlumat vermişdi. 2021-ci ilin iyulunda qəbul olunan yeni qaydaya əsasən, komandanın çempionat oyunları bərpa vaxtına uyğunlaşmaq üçün, beynəlxalq matç keçirəcəyi halda, təxirə salına bilər. Ferdinand Feldhofer də məhz bundan yararlanan ilk baş məşqçi oldu. O "Neftçi"yə evdə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları dedi: "Fərq etmədi, “Konyaspor” və ya “Vaduts”. Sadəcə, futbolçulara bir neçə gün istirahət vermək istədim. Dörd gün sonra isə pley-offun ilk oyununda qalib gələrək, böyük hədəfimiz olan qrup mərhələsinə gedən yolda əla başlanğıc etmək istəyirik”.
Sport.orf.at: “Üçüncü təsnifat mərhələsinin cavab oyununda vyanalılar Azərbaycanda 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilən geridönüşü etdi. Dramatik avrokubok gecəsini uğurla başa vuran “Rapid” hələ də Konfrans Liqasında qrupa vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Oyun bitəndən xeyli sonra Hütteldorfdakı azarkeşlər qələbəni çılğınlıqla qeyd etdilər. “Yaşıl-ağlar” ən çox cümə axşamı bir qədər gözlənilmədən sıraya dönən Ferdi Druyifə minnətdar olmalıdı. Uzun müddət zədəli olan hollandiyalı "Neftçi" ilə oyunun əlavə vaxtında hesabı 2:0 edən qolun müəllifi oldu. Futbolçunun həmin an haqda dedikləri: