"Neftçi" Türkiyə klubu ilə qarşılaşa bilər

2.08.2022 16:16 464
Konfrans Liqası
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır.

Football-plus.az Bakı vaxtı ilə saat 16.00-da başlayan tədbir UEFA-nın mənzil-qərargahında təşkil olunur.

Turnirdə Azərbaycanın hazırkı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi müəyyənləşib. 3-cü təsnifat mərhələsinin “Neftçi” - “Rapid” (Vyana, Avstriya) cütü “səpələnməmişlər” səbətində yer alıb. Bu cütün qalibi pley-off mərhələsində “Vaduts" (Lixtenşteyn) - "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" - "Rapid" cütünün qalibi pley-offda ilk matçını səfərdə keçirəcək.

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.