"Neftçi" səfər oyunlarında problem yaşayır" - "Rapid"in baş məşqçisi

10.08.2022 16:14 469
Konfrans Liqası
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in baş məşqçisi Ferdinand Feldhofer yerli mətbuata açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, 42 yaşlı mütəxəssis Azərbaycan klubunun səfər oyunlarında problem yaşadığını deyib.

"Neftçi" bir neçə saatlıq uçuşdan sonra burada iqlim fərqini hiss edəcək. Azarkeşlərimizin qarşısında tam fərqli oyun olacaq. Bundan necə yararlanacağımız isə özümüzdən asılıdı. Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır".


Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk görüşdə "Rapid"i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında cavab matçı sabah Vyanada baş tutacaq.