"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olur

2.08.2022 09:54 561
Konfrans Liqası
Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 16.00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi"nin də rəqibi bəlli olacaq.

"Ağ-qaralar" 3-cü təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

"Neftçi" 3-cü raundu keçsə, aşağıdakı komandalardan biri ilə qarşılaşacaq.

Nitsa (Fransa)
Hayduk (Split, Xorvatiya) – Vitoriya (Gimaraynş, Portuqaliya) cütünün qalibi
Vaduts (Lixtenşteyn) – Konyaspor (Türkiyə) cütünün qalibi
Vikinq (Norveç) – Slayqo Rovers (İrlandiya) cütünün qalibi

"Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul