"Lill"in yeni baş məşqçisi məlum olub.
"Football -plus.az" xəbər verir ki, Fransa təmsilçisinin sükanı Paulo Fonsekaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Fonsekanın son klubu İtaliya "Roma"sı olub. O, 2021-ci ilin yayından işsiz idi.