Neymar "Çelsi"yə keçə bilər

30.06.2022 09:09 462
Dünya futbolu
"Çelsi"nin baş məşqçisi Tomas Tuxel PSJ-nin braziliyalı hücumçusu Neymarı öz komandasında görmək istəyir.

"Football -plus.az" xəbər verir ki, bu barədə "Sky Sport Deutschland" məlumat yayıb. Mənbə bildirib ki, Paris klubunun özü də ulduz futbolçu ilə yolları ayırmağa hazırdı. Transferdə iki əsas maneə var: braziliyalının yüksək maaşı və bu yay klubunu dəyişmək istəməməsi. İndiki mərhələdə keçidlə bağlı danışıqlar başlamayıb.

Braziliyalı 2017-ci ilin yayında 222 milyon avroya rekord məbləğə "Barselona"dan Paris klubuna keçib. 2021-ci ildə Neymar PSJ ilə müqaviləsini 2024/2025 mövsümünün sonuna qədər uzadıb.

2021/2022 mövsümündə futbolçu PSJ-nin heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.