Yazıcı “Lill”ə dönmək istəmir
Qış fasiləsində “Lill”dən ÇSKA-ya keçən, bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 8 qol vuran Yusuf Yazıcı Fransa qayıtmaq istəmir.
Bu haqda türk yarımmüdafiəçinin agenti Adəm Çebeci açıqlama verib:
“ÇSKA ilə burda qalmağı çox istədiyimizlə bağlı dəfələrlə danışmışıq. Yusuf burda xoşbəxtdi, komandanı, azarkeşləri bəyənir. Deyir ki, ÇSKA ailədi. Belə münasibət bizim üçün çox vacibdi. ÇSKA rəhbərliyinə lazımi sözləri demişik. İndi ÇSKA “Lill” ilə təmasdadı. ÇSKA üçün futbolçunu yaxşı qiymətə almaq vacibdi. “Lill” isə ucuz satmaq istəmir. Görən axırı necə alınır. Yacızı ÇSKA-da çox yaxşı başladı, çoxlu qol vurdu, yığmaya dəvət aldı. Düzdü, indi yığmaya gedə bilməz, iki həftə bərpa olunmalıdı. Ümid edirəm ki, Yazıcı ÇSKA-da qalacaq. Ancaq bu futboldu, hər şey baş verə bilər. ÇSKA “Lill” ilə anla bilməsə, Avropanın başqa komandaları təklif göndərməyə başlayacaq. Bizim üçün prioritet burda qalmaqdı. Yusuf “Lill”ə qayıtmaq istəmir”.