İngiltərə yığması yoldaşlıq oyununda İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.
Bununla da Qaret Sautqeytin komandasının məğlubiyyətsiz oyunlar seriyası davam edib. Britaniyalılar penalti seriyası istisna olmaqla artıq 21 oyundu uduzmurlar. İngiltərə millisi tarixində ilk dəfə belə göstəriciyə imza atıb.
Sonuncu dəfə 2020-ci ilin noyabrında Millətlər Liqasında Belçikaya uduzan (0:2) komanda o vaxtdan indiyədək 17 oyunda qalib gəlib, 4 dəfə isə rəqibləri ilə heç-heçəyə razılaşıb.