“Çelsi”nin transfer planı baş tutmadı

27.03.2022 16:20 580
Dünya futbolu
“Çelsi”nin transfer planı baş tutmayıb.

İngiltərə klubunun sahibi Roman Abramoviçə tətbiq edilən sanksiyalar londonluların uzun müddət danışıq apardıqları futbolçunu almasına mane olub. Paytaxt klubu “Çikaqo Fayr”ın qapıçısı Qabriel Sloninanı sıralarına qatmaq istəyirdi. Tərəflər müqaviləni rəsmiləşdirmək istəsələr də, Abramoviçə tətbiq olunan sanksiyalardan sonra kluba transfer qadağası qoyulduğu üçün keçid baş tutmayıb.