Fransa hökuməti koronavirusa qarşı mübarizədə yeni tədbirlərlə bağlı qərar verib.
Ölkədə bazar ertəsindən başlayaraq idman tədbirlərində tamaşaçı sayına məhdudiyyət tətbiq ediləcək. Belə ki, açıq idman qurğularına maksimum 5000, qapalı zallara isə 2000 tamaşaçı buraxılacaq. Bundan başqa idman yarışları zamanı qida satışı xidməti qadağan ediləcək. Bu məhdudiyyətlərin nə vaxta qədər qüvvədə olacağına aydınlıq gətirilməyib.