Faiq Qarayevin komandası Sloveniyadan Xorvatiyaya keçdi

17.05.2024 18:20 220
İdman / Manşet
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqası ərəfəsində Sloveniya toplanışını başa vurub.

Görəsən, kollektiv toplanışda yoldaşlıq oyunları keçirdimi? Bu suala cavab tapmaq üçün Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Təlim-məşq prosesinin son mərhələsini Sloveniyada keçən komandamız bu gün yarışın ilk turuna evsahibliyi edən Xorvatiyaya yollanıb. Maribor şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində voleybolçularımız Avstriya millisi ilə iki yoxlama oyunu keçirib. Oyunların birində 2:2 hesabı qeydə alınıb, digərində komandamız 1:3 hesabıyla uduzub. Bu qarşılaşmalarda komandamızın əsas heyətində əsasən gənc voleybolçularımız çıxış edib. Qeyd edək ki, millimiz sabah Qızıl Avropa Liqasında ilk oyunu Xorvatiya yığmasına qarşı keçirəcək. Birinci turda komandamızın digər rəqibi isə Slovakiya olacaq".