• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bir futbolçu üçün mövsümü sonuncu yerdə bitirmək çox çətindi” - Auaşeriya məsuliyyəti boynuna götürdü

Premyer-liqa / Manşet

18-05-2024, 16:0

“Qəbələ” premyer-liqada son günlərini yaşayır.

AFFA-nın “qırmızı-qaralar”a güzəşt etməməsi, yəni İcraiyyə Komitəsinin klub sayının artırılması ilə bağlı qərar verməməsi olan-qalan ümidləri də puç etdi. Bölgə təmsilçisi son iki turda qələbə qazanmasına baxmayaraq, birinci liqaya yuvarlanmaqdadı. Futbol ictimaiyyətinin bəzi nümayəndələri “Qəbələ”nin növbəti mövsüm də premyer-liqada mübarizə aparacağını düşünsə də, belə olmadı. Təbii, indiki məqamda AFFA-nı qınamağa da dəyməz.

Sirr deyil ki, əksər futbolçular, xüsusən də legionerlər indi Qəbələdə gün sayır. Belə ki, 1-ci liqaya düşən klub büdcə azlığına və başqa səbəblərə görə legionerlərlə sağollaşacaq. Hətta bəzilərinin adı premyer-liqanın başqa klubları ilə hallanır. Yerli futbolçuların əksəriyyətinin taleyini də indidən təxmin etmək olar. Ötən yaydan “Qəbələ” ilə müqaviləsi olan Bilel Auaşeriyanın isə “Zirə”nin maraq dairəsində olduğu deyilir. 30 yaşlı fransalı ilə ilkin danışıqların aparıldıği da iddia olunur. Bəs Bilelin “Qəbələ”dəki taleyi necə olacaq?

- AFFA İcraiyyə Komitəsinin klubun xeyrinə qərar verəcəyini gözləyirdin?
- Düzünü desəm, iclasla bağlı heç bir gözləntim yox idi. İdarə edə bilmədiyim şeylərdən heç nə gözləmirəm. Qərarları onlar qəbul edir və biz də sonda onları qəbul etməliyik.

- AFFA “Qəbələ”ni elitada saxlamalıydı, yoxsa idman prinsiplərini pozmamaq daha ədalətli qərardı?
- İdman prinsipinə hörmət etdilər və belə də olmalıdı. Mövsümü sonuncu pillədə başa vururuq, buna görə də idman prinsiplərinə əməl etsək, aşağı liqaya düşəcəyik. İndi “Qəbələ”nin Azərbaycan futbolu üçün nə ifadə etdiyinə, malik olduğu struktura, akademiyaya gəlincə, 12 komandalı çempionat olsaydı, başa düşmək olar. Hər iki qərarın özünə görə dəlilləri var.

- Komandanın aşağı liqaya düşməsi hansı nəticələrə səbəb ola bilər?
- Klubla bağlı olan hər kəs üçün nəticəsi var. İlk növbədə “Qəbələ” azarkeşləri, klubu həqiqətən sevən, hər yerdə dəstəkləyən insanlar üçün...

- Çoxları hesab edir ki, komandanın bu vəziyyətə düşməsinin əsas səbəbi ötən yay heyətə cəlb olunan futbolçuların özlərini sübut etməməsidi. Sən də onların arasındasan. Bu fikirlə razısanmı və bu yerdə olduğunuz üçün özünü nə qədər günahkar sayırsan?
- Hər kəs fikrini bildirməkdə azaddı. Futbol duyğular oyunudu, bəzən qalib gəlirsən, bəzən uduzursan. Bəli, ötən yay gəldim və bu mövsümü sonuncu bitirən komandanın bir hissəsiyəm. Ona görə mən də məsuliyyət daşıyır, bunu üzərimə götürürəm. Bir futbolçu üçün mövsümü sonuncu yerdə bitirmək çox çətindi.

- “Qəbələ” növbəti mövsüm birinci liqadan premyer-liqaya qayıda bilər?
- Bunu klubda qərar qəbul edən insanlardan soruşmaq lazımdı. Məsul şəxslər bu suala cavab vermək qabiliyyətinə malikdi.

- Kaxaber Sxadadze oyunsonrası çıxışlarında, adətən, futbolçuları günahlandırır. Bəs özü günahsızdı?
- O, bura komandaya kömək etmək üçün gəldi. Deyə bilərəm ki, daha yaxşı nəticələr əldə etmək üçün tam qərarlı idi. Amma alınmadı. Çox şey demək olar. Sadəcə, alınmadı.

- AFFA “Qəbələ”yə əlavə vəsait ayıracağını bildirdi. Yəni klubda qalıb oynayacaqsan?
- Düzünü desəm, bu barədə heç nə bilmirəm, nə olacağını görəcəyik...

- Deyilənə görə, “Zirə” sənlə danışıqlar aparır...
- Hazırda hələ də “Qəbələ”nin oyunçusuyam, qarşıda daha iki oyun var, diqqətimi ona yönəldirəm. Gələcəyim tezliklə müəyyənləşəcək. Yəni hələ də “Qəbələ”nin müqaviləli futbolçusuyam.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-05-2024, 23:0

Yayda “Qəbələ"də “yarpaq tökümü” olacaq - Səbuhi Səfiyarlı: “Özləri də başa düşür ki, biz o maaşı verə bilmərik”

Manşet / Yazarlar

15-05-2024, 13:0

“Qəbələ”yə görə göz yaşı tökməyə dəyərmi?

Premyer-liqa / Manşet

7-04-2024, 19:0

“Həmişə mübarizə aparmaq lazımdı”

Ölkə futbolu

31-05-2022, 20:0

Premyer-liqada əvəzetmə sayı artırıldı

Manşet / Müsahibə

3-05-2024, 13:0

“Növbəti mövsüm üçün 1-ci liqaya hazırlıq görürük”- Səbuhi Səfiyarlı “barışdı”

Ölkə futbolu / Manşet

9-06-2023, 16:0

Kamran İsmayılov: “Kimləsə müqaviləni yeniləməmişiksə, bu hər şeyin sonu deyil”

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Bu gün, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Bu gün, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 262
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə