“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev dünən “Qarabağ”a 3:4 uduzduqları oyundan sonra “Football-plus.az”ın suallarını cavabladı.
- Oyunun qırılma nöqtəsi harda oldu?
- Düşünürəm ki, heç bir qırılma nöqtəsi olmadı. Hesabda geri düşsək də, bərabərləşdirməyə çalışırdıq. Rəqib də öz oyununu ortaya qoydu. Xal qazanmaq istəyirdik. Bir qədər də diqqətli olsaydıq, qələbə qazana bilərdik.
- Bəs qələbə üçün nə çatmadı?
- Bəlkə də təcrübəsizlik üzündən uduzduq, çox rahat qollar buraxdıq.
- Avrokuboklara vəsiqə şansınızı üzməyiniz sizə psixoloji təsir göstərirmi?
- Avrokuboklara vəsiqə şansımız var idi. Amma mövsümdən əvvəl komandanın qarşısına avrokuboklara vəsiqə qazanmaq tələbi qoyulmayıb.
- Neçə müddətdi “Turan Tovuz” azarkeşləri tərəfindən təndiq olunursuz. Əsasən də avrokuboklara vəsiqə şansını itirdikdən sonra.
- Artıq iki mövsümdü premyer-liqada çıxış edirik. Biz futbolçular əlimzdən gələnin ən yaxşısını etməyə çalışırıq. Qarşımıza avrokuboklara getmək məqsədi qoyulmayıb. Elə bil şərait yaratmışdıq ki, avrokuboklara vəsiqə qazana bilərdik.
ƏSƏD SEYİDOV
“Bəlkə də təcrübəsizlik üzündən uduzduq” – “Turan Tovuz”un kapitanı
Premyer-liqa / Manşet





