Millimizdən inamlı qələbə

17.05.2024 23:51 173
İdman
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, Faiq Qarayevin yetirmələri Xorvatiya seçməsi ilə üz-üzə gəlib. Matç Qızıl Avropa Liqası çərçivəsində baş tutub. Millimiz hər 3 setdə xorvatlardan güclü olub.

Qeyd edək ki, ikinci matçına sabah çıxacaq komandamız Slovakiya ilə qarşılaşacaq.

Qızıl Avropa Liqası (qadınlar)
1-ci mərhələ
17 may
21.00. Azərbaycan – Xorvatiya - 3:0 (25:19, 25:19, 25:22)