• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hypers” ilə “Şimal” arasındakı möhtəşəm finala doğru

Ölkə futbolu / Manşet

17-05-2024, 21:0

Bilindiyi kimi, mayın 12-də Region Liqasında yarımfinalın cavab görüşləri keçirilib.

Finala “Hypers”i ilə Xaçmaz “Şimal”ı vəsiqə qazanıb. Beləliklə, mayın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək oyunun qalibi 2-ci liqaya vəsiqə qazanacaq.
“Hypers”in qurucusu və baş məşqçisi veteran futbolçu Vüqar Nadirovdu. “Şimal”ı isə vaxtilə “Xəzər Lənkəran”da Nadirovun komanda yoldaşı olmuş Tural Cəlilov çalışdırır. Bəs hansı komanda 2-ci liqaya yüksəlmək üçün daha istəklidi? Bu sualla hər iki tərəfə müraciət etdik. Əvvəlcə Vüqar Nadirov plan və strategiyası haqda danışdı:

"Hypers" üç günə yığılan komanda idi. 6-7 ay müddətdə qış-yağış bilmədən məşq etmişik. Region Liqası olduğundan çətinliklə hamını bir araya toplaya bilirdik. Əksər futbolçular minifutboldan gələn həvəskar uşaqlardı. Təcrübə o qədər deyildi. Bu yolda həm futbolçuların, həm də məşqçilərin əməyi böyük olub. Yaxşı heyət də var. Bura gəlib çıxmağımızda xadimədən tutmuş klub prezidentinə kimi hamının əziyyəti var. Rəhbərimiz özü çox səbirli, həmişə komandanın yanında olan və təkəbbürdən uzaq adamdı. Komandaya vaxt ayırır, hansısa futbolçunun problemi olanda həm maddi, həm mənəvi baxımdan dəstək olan biridi. Məşqçi korpusu olaraq, gecə-gündüz bilmədən təhlillər, məsləhətləşmələr aparırdıq. Oyunçuların da böyük payı var. Onlarla söhbət edəndə deyirdim ki, futbolçunun insani tərəflərinə önəm verirəm. Ola bilər güclü olsun, amma insani keyfiyyətləri aşağıdısa, belə futbolçu istəmirəm. Bu sadalananlar olmasa, həm meydanda, həm də komanda daxilində uğur qazanmaq çətindi. Çünki Region Liqası başqalarından fərqlidi. Hər adam belə liqada işləyə bilməz. Elə özüm 4 il uşaq futbolunda çalışdım. Düşünürəm ki, yaxşı məşqçi olmaq üçün aşağıdan başlamaq lazımdı. Görə-görə böyümək yaxşıdı. Karyeranı bitirən kimi millidə baş məşqçi işləməyi istəməklə olmur."Hypers" ilk vaxtlar məşq edə, paltardəyişmə otağı tapa bilmirdi. Futbolçu belə yox idi. Dostlarımı meydana çıxarırdım ki, uşaqlar görüb həvəslənsin. Beləcə yavaş-yavaş böyüdük. Elə vaxtlar olub ki, rəhbərliklə danışıb həftədə 3-4 dəfə məşq etməyə çalışırdıq. Bir komandada söz-söhbət varsa, deməli, iş gedir. Olmasa, yolaverdidi. Bizdə dava da, mübahisə də çox olurdu. Yəni həm məşqçi, həm futbolçu - demək olar ki, hər kəs bir-biri ilə problem yaşayıb. Amma yenə də bir masa arxasına gəlmişik. Çünki futbol fərdi yox, kollektiv idman növüdü. Dostlarım da can yandırır, əlindən gələni edirdi ki, komanda irəli getsin. Klub prezidenti Ayaz Abdullayev oz pulunu xərcləyir ki, nəsə əskik olmasın. Başqa gəlir yeri yoxdu. Elə kollektiv üzvü var ki, uşaq futbolunda işləyir, eləsi var dönərçidi. Belə komanda ilə işləmək çətindi. Bəzən maaş verə bilmir, hər birini bir tərəfdən tapıb gətirirdim. Region Liqası olmasına baxmayaraq, komanda hər şey ilə təmin olunurdu. Hakimlərə və rəqib komandaya qonaqpərvərliyimizi göstərirdik. Çoxları oyunumuza baxıb deyir ki, ikinci liqaya layiqsiz. Finalda "Şimal"a da uğurlar arzulayıram. Məqsədimiz qalib gəlməkdi. Mövsümün əvvəlindən hədəf qoymuşuq ki, çempion olaq. Həyətdə qalan və gedənlər barədə indidən planlar qururuq. Qalxdıqca dəyişiklik futbolun yazılmayan qanunudu. Hər biri ilə danışıq aparacağıq. Göz qoyduğumuz bir neçə futbolçu da var. Fikrimizi finala yönəltmişik. Çempion olub Avropaya getməyi düşünürük. İstəyirəm həmçinin sponsorlar da gəlsin. Komandanı tək gətiribsə, bundan sonra dəstək çox olsun. Təkliflər var, amma çempion olandan sonra ciddi danışıqlar aparacağıq”.


“Şimal”ın baş məşqçisi Tural Cəlilovun da fikirlərini öyrəndik:
“Finala çıxdığımıza görə çox sevinirik. Uşaqlar əziyyət çəkib. Bu yerə çıxana qədər komanda şəklində məşq etməmişik. Ona görə ki, heyətdə hamı iş-güc sahibidi. Amma hər birinin futbol keçmişi var. Fərdi baxımdan formada qalmaq üçün mütəmadi həvəskar kimi məşğul olurlar. Hamısı təcrübəli və bacarıqlıdı. Kollektivin hazırlaşması üçün meydançamız yoxdu. Əsas problem də budu. Bu yöndə də işlər gedir. 2-ci liqada oynamaq üçün müəyyən hazırlıq görülür. Komandanı yaradanda əvvəldən planlar var idi ki, bu da Region Liqasında qalmaq deyil. Yəni 10 illik strategiyada davamlı şəkildə premyer-liqaya qədər irəliləməyi düşünürük. Əsas planımız stadiondu, bunun üzərində iş gedir. Həmçinin uşaq futbolunu da inkişaf etdirməklə böyümək istəyirik. Məqsədimiz yaxşı komanda qurmaq idi. Sonradan gördük ki, komanda yaxşıdı və çempion ola bilərik. Niyə də yox?! Rəqibimiz "Hypers" də zəif deyil. Onların bizdən üstünlükləri var. Çempionat başlayandan qrup şəklində məşqlər ediblər. Fərdi cəhətdən isə deməzdim ki, bizdən üstündülər. Oyunçu keyfiyyətinə görə biz onlardan yaxşı vəziyətdəyik. Matşlardan da hiss olunur ki, bir-birini yaxşı başa düşürlər. Amma finalda hər şey ola bilər. Saydıqlarımı nəzərə alanda şansımız 40-ın 60-a nisbətindədi. Onların çempionluq ehtimalı bizdən çoxdu. Amma eyni qrupdan çıxmışıq, həm də indiyəcən məğlub olmamışıq. Buna qədər qarşılaşmalarımız 2:2, 1:1 hesabları ilə bitib. Bununla yanaşı, yarımfinal və final arasında olan fasilələr bizə mənfi təsir edir. Çünki 12 gün fasilə bizə yaxşı gəlmir. Sponsorumuz var. Amma meydança üçün ayrılan böyük büdcə ilə bağlı bir qədər problem var. Onu da həll edəcəyik. Stadion məsələsi rayonumuzun yaralı yeridi”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

1-05-2024, 18:0

Yarımfinalçılar bəllidi

Ölkə futbolu / Manşet

17-04-2024, 18:0

“Region Liqası kiməsə asan görünməsin” – Vüqar Nadirov çempionluq yolunda

Ölkə futbolu

6-05-2024, 12:0

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi

Aktual / Liqalar

12-12-2023, 13:0

Region Liqasında başqa zonalar da başladı

Liqalar

5-12-2023, 14:0

İki tur arxada qaldı

Ölkə futbolu / Manşet

9-01-2024, 23:0

Region Liqasında tur necə keçdi?

Aktual
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
Son xəbərlər
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Daha çox
Oxunub: 354
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 210
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə