“Aramsız yağış və meydançanın vəziyyəti oyunumuza təsir etdi” – gözlənilməz məğlubiyyətə izah verdi

17.05.2024 21:10 185
II liqa / Manşet
Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 25-ci tura yekun vuruldu.

Son turda bəzi gözlənilməz nəticələr qeydə alındı. Bir oyunda 7 qol vuran “Füzuli”nin futbolçusu Elvin Nəsibov tura damğa vurdu. Həmçinin “Baku Sportinq” də çempionluğu rəsmiləşdirdi. Mövsümün ikinci yarısında sabit çıxış edən “Kür-Araz” isə gözlənilmədən “Lerik”lə səfər oyunundan məğlub ayrıldı. Bir sıra iddialı rəqibləriylə başabaş mübarizə aparan İmişli təmsilçisinin məğlubiyyəti ilə bağlı məlumat almaq üçün baş məşqçi Ələmdar Mustafayevlə danışdıq:
“Çətin oyun oldu. Aramsız yağış və meydançanın vəziyyəti oyunumuza təsir etdi. Rəqib daha istəkliydi. Hesabı biz açsaq da, sonda məğlub olduq. Komandamızın göstərdiyi mübarizəni çox bəyəndim”.


KAMAL SƏFƏR