“Əl-Nəssr”in Ronaldo planı

18.05.2024 11:30 219
Dünya futbolu
Kriştiano Ronaldo hazırkı klubunda daha uzun müddət top qova bilər.

Ulduz futbolçunun “Əl-Nəssr” ilə müqaviləsini yeniləməsi gözlənilir. Bir sıra mənbələr Səudiyyə Ərəbistanı klubunun portuqaliyalı hücumçuya yeni təklif irəli sürəcəyini xəbər verib. Onunla müqavilənin müddəti 2026-ci ilə qədər uzadılması planlaşdırılıb. 39 yaşlı hücumçunun hazırkı sözləşməsi 2025-ci ilin yayında qüvvədən düşəcək.

Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 28 oyuna çıxıb, 33 qol vurub və 10 məhsuldar ötürmə edib.