• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qurban Qurbanov çox peşəkar oğlu olan böyük liderdi” - “Yurqorden”in idman direktoru qaranlıq məqamlara aydınlıq gətirdi

Ölkə futbolu / Manşet

17-05-2024, 09:0

Bir neçə gün əvvəl İsveç mətbuatı Musa Qurbanlı haqqında yeni xəbərlər dərc etdi.

Bu aralar onsuz da diqqət mərkəzində olan həmyerlimiz barədə fərqli iddialar irəli sürülür. Ötən saylarımızın birində “Yurqorden”in baş məşqçisi Tomas Laqerlöfün Musaya az şans verməsinin səbəbləri ilə bağlı açıqlamasına yer vermişdik. Millimizin hücumçusu U-21-ə göndərilməsinin səbəbi haqda ona izahat verilmədiyini bildirirdi. Bunun əksinə, baş məşqçi vəziyyətin Musaya izah edildiyini deyib:

“Mətbuat konfransında da söylədiyim kimi, bu, rəqabətlə bağlı məsələdi. Oyun üçün heyətə yalnız 20 futbolçu cəlb edə bilərik. Bizim nəyisə mediadan gizli saxlamaq fikrimiz yoxdu. U-21 də özünü göstərmək üçün şansdı. Bu komandadakı yaxşı çıxış sizi uğura yaxınlaşdırır. Biz Qurbanlıya belə dedik: istəyirik ki, heyətdə bütün oyunçular oynasın. Lakin kimisə heyətdən çıxarmalıyıq və belədə rəqabət yaranır. Oyundan-oyuna hər şeyin necə dəyişəcəyi futbolçudan asılıdı. Məhz hansısa oyunçuya üstünlük vermək düzgün yanaşma deyil. Hər kəs nəticəsiylə mövqeyini gücləndirməlidi”.

İsveç mətbuatının digər iddiasına inansaq, Musa yayda “Yurqorden”i tərk edəcək. Hətta klub ona təxminən 850 min avro qiymət qoyub. Bu xəbərlərin artması futbolçunun mövsümün sonunda klubu tərk edəcəyi ehtimalını gücləndirir.

Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını, klubun Musa haqda əsl düşüncələrinin hansı yöndə olduğunu dəqiqləşdirmək qərarına gəldik. Bunun üçün “Yurqorden”nin idman direktoru Bosse Anderssona müraciət etdik.

Klub rəsmisi "football-plus.az"a verdiyi müsahibədə bütün söz-söhbətə nida qoydu.

- Musanı “Qarabağ”dakı çıxışına görə transfer etdiz. Ümidlər böyük olsa da, reallaşmadı. Bunun səbəbini nədə görürsüz?
- Musa "Qarabağ"da, eləcə də Konfrans Liqasında və milli komandada yaxşı çıxış edib. O zamanlar “Qarabağ”ı izləyirdik, 1/8 finalda qarşılaşa bilərdik. Və Musanı belə gördük. Futbolda bəzən belə çətin olur. Oyunçular daha ağır dövrlərdə gəlir. Ən yaxşı forvard ən pis hücumçudan geri düşə bilir. Əlbəttə, bu da özünəinama təsir edir. Şəxsən mən düşünürəm ki, Musanın futbolçu kimi böyük gələcəyi var. O, çox peşəkar və iddialıdı.

- Sizcə, ən böyük problem nədi? Futbolçunun İsveç çempionatına uyğunlaşa bilməməsi? Yoxsa başqa səbəblər var?
- Müxtəlif səbəblər var. Gənc oyunçu kimi ölkəni və ya mədəniyyəti dəyişəndə çətin olur. Bununla belə, Musa ümumilikdə kollektivə çox yaxşı uyğunlaşıb. Çox bəyənilən komanda yoldaşıdı.

- Musanın oyunlar ərəfəsindəki məşq prosesini necə qiymətləndirirsiz? Sizcə, o, öz potensialından tam istifadə edirmi?
- Onunla müntəzəm dialoqda oluruq. Bəzən məşqlər çətin keçsə də, Musa həmişə işə ciddi yanaşır.

- Göstəricilərə baxsaq, komandaya ötən mövsümün ortalarında gələn futbolçu son 15 turun hamısında şans qazanıb. Bu qədər imkanlara baxmayaraq, cəmi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bu mövsüm etimad qazanmamasının səbəblərindən biri də ötən mövsüm şansları dəyərləndirməməsi idi?
- Əlbəttə, “Yurqorden”də çətin rəqabət var. Musa gəldiyi mövsümdə bir matçda fərqlənərək özünə inam yaratdı. “Lutsern”ə qarşı bizi Avropada daha da irəliyə apara bilərdi. Ya da çox tapşırıq yerinə yetirə bilərdi. Bəzən forvard kimi belə şeylər olur. Qollar futbolçunun özgüvənini artırır.

- Hazırda Musanın mövqeyindəki ən ciddi rəqibi Dəniz Hümmətdi. Türkiyəli futbolçu bütün göstəricilərdə ondan öndədi. Bu statistika Dəniz orda olduğuna görə Musaya şans verilmədiyi anlamına gəlirmi? Ümumiyyətlə, Musa nə etməlidi ki Dənizlə müqayisədə üstün olsun?
- Dəniz başlayandan özünəinam qazandı. Təbii ki, komandada rəqabət olmalıdı. Musanın komandaya öyrəşəcəyini və əldə etdiyi şanslardan yararlanacağını istisna etməmək lazımdı. Əks halda yanılmış olarsız. Musa həmişə öz üzərində işləyir.

- Bilindiyi kimi, Musa “Qarabağ”ın baş məşqçisi, Avropada tanınan Qurban Qurbanovun oğludu. Bir neçə həftə əvvəl İsveç mətbuatı Musanın ona layiqli oğul olmadığını iddia edirdi. Bu fikirlərlə razısız?
- Tam ifrat fikirdi. Musa Qurbana və bütün ailəsinə böyük hörmət bəsləyir. Azərbaycanda və avrokubok oyunlarında “Qarabağ” möhtəşəm nəticələr əldə edib. Mənim üçün Qurban Qurbanov çox peşəkar oğlu olan böyük liderdi.

- Musa İsveç mətbuatına verdiyi açıqlamada ona şans verilməməsinin səbəbini bilmədiyini, Tomas Lagerlöf isə futbolçunun bu barədə məlumatlandırıldığını bildirib. Göründüyü kimi, fikir ayrılığı var. Bu problemdən xəbəriniz varmı? Səbəblər Musaya ətraflı izah olundu, yoxsa...
- Məşqçi ilə Musa arasındakı münasibətlərlə bağlı çoxlu spekulyasiya və söz-söhbət var. Çünki oyun vaxtı məhdud idi. Musanın məşqçilərə böyük hörmət bəslədiyini görürük. Matç zamanı heyətdə şans verilməməyi normal şeydi. Yəqin ki, Musanın atasının da məhdud oyun şansı verdiyi futbolçular var.

- Musanın iyunda icarə əsasında “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlər həm Azərbaycan, həm də İsveç mətbuatında yer alıb. Klub sizə müraciət edib, danışıqlar aparıb?
- Bilirik ki, Musaya maraq böyükdü. Ötən qış da bunu gördük. İndi də yetərincə diqqət var. Yay üçün isə yəqin ki, oturub bir neçə həftə ərzində Musanın gələcəyini planlaşdıracağıq. Əlbəttə, bundan sonra təklifləri gözdən keçirəcəyik. Onun üçün ən yaxşısını edəcəyik. Hazırda Musa ilə bağlı heç bir klubla danışıqlar aparmırıq.

- Futbolçu üçün satışı qiymətinin müəyyənləşdirildiyi haqda xəbərlər də var. Söhbət təxminən 850 min avrodan gedir. Belə xəbərlər doğrudumu? Məqsədiniz oyunçunu satmaq, yoxsa icarəyə verməkdi?
- Biz qiymət müəyyənləşdirməmişik və ya müzakirə etməmişik. Bunlar, sadəcə, fərziyyədi. Təbii ki, Musa cəlbedici futbolçudu və biz onu “Qarabağ”dakı, milli komandadakı xidmətlərinə görə yüksək qiymətləndiririk.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

12-05-2024, 21:0

Laqerlöf Musanın yalan danışdığını dedi - “Yurqorden” onun satışından 850 min avro qazanmaq istəyir

Dünya futbolu

15-04-2024, 11:0

"Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik" - Musanın baş məşqçisi

Dünya futbolu

16-04-2024, 11:0

Musa "Yurqorden"in gənclər komandasında qol vurdu

Dünya futbolu

27-02-2024, 13:0

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində qol vurdu

Ölkə futbolu / Manşet

1-02-2024, 18:0

“Dəniz Hümmət Musa Qurbanlıya rəqib olacaq gücə deyil” - menecer fikri

Ölkə futbolu / Manşet

8-10-2023, 23:0

Musa oynadı, "Yurqorden" qələbə qazandı

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 210
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə