“Qarabağ” qapıçısı Andrey Lunyova yeni sözləşmə təklif edib.
“Football-plus.az” xəbər verir ki, qolkiper bu barədə Rusiya mətbuatına verdiyi müsahibədə danışıb. O, gələcəyi ilə bağlı qərarları mövsümün sonunda bildirəcəyini də deyib:
“Yeni müqavilə təklif ediblər. Hələ ki bu yöndə danışıqlarımız davam edir. Bütün konsentrasiyamı çempionatın yekunlaşmasına yönəltmişəm. Ondan sonra isə qərarımı açıqlayacam”.
Həmçinin rusiyalı jurnalsit İvan Karpovun yaydığı xəbərə görə 32 yaşlı qapıçı karyerasını çempionluğun astanasında olan Moskva “Dinamo”sunda davam etdirə bilər.
KAMAL SƏFƏR