UEFA-dan növbəti məhdudiyyət

11.04.2022 21:20 546
Dünya futbolu
UEFA İspaniyada "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klubları arasında keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu üçün azarkeş sayına məhdudiyyət qoyub.

Bu barədə yerli mətbuat xəbər yayıb. Avropa futbol qurumu bu məqsədlə görüşün baş tutacağı "Vanda Metropolitano" stadionunda tribunaların qismən bağlanmasına qərar verib.

UEFA bu addımı Mançesterdəki ilk qarşılaşma zamanı iki komandanın azarkeşləri arasında baş vermiş insident səbəbindən atıb.