• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qəbələ”dən növbəti qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

19-05-2024, 17:0

Bu gün keçirilən matçla Misli premyer-liqasında 35-ci tura yekun vurulub.

Görüş “CBC Sport” vasitəsilə canlı yayınlanıb.

4-cü dövrə, 35-ci tur
19 may
Qəbələ – Araz-Naxçıvan 2:0
Osama Xalayla, 51, Əyyub Allaş, 87

“Qəbələ”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 1:4.
2023/24 – 1:4.
Cəzalı: Zurab Oçiqava (Qəbələ).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELVİN BAYRAMOV, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ. Şəhər stadionu. Saat 16.00.
“Qəbələ” üçün nağılın başa çatdığını bilirik. Bu baxımdan matçın prinsipial əhəmiyyəti yoxdu. Amma və lakin... Rəqib “qırmızı-qaralar”ın sabiq baş məşqçisi Elmar Baxşıyevin çalışdırdığı “Araz-Naxçıvan”dı. Belədə nəticənin maraqla gözləniləcəyini deyə bilərik. İş orasındadı ki, “Qəbələ” bu rəqibi hələ məğlub edə bilməyib! Bununla yanaşı, Muxtar Respublika təmsilçisi mövsümü axırdan ikinci sırada bitirmək istəmir. Təbii ki, bunun üçün “Kəpəz”in önə keçməsini əngəlləmək vacibdi. Elmar Baxşıyev isə “qırmızı-ağlar”dakı karyerasını davam etdirə bilmək üçün komandasını qələbəyə kökləməlidi.
Bu rəqiblər indiyə qədər 3 dəfə qarşılaşıb. Bunların 2-də “Araz-Naxçıvan” qalib gəlibsə, 1-də heç-heçə qeydə alınıb. Topların nisbətində də naxçıvanlılar öndədi – 7:2.

18 may
Sabah – Sumqayıt - 2:0.

Murad Xaçayev, 34-ö.q. Anatoli Nuriyev, 90+1.
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 10:+4=3-3, 20:14. 2018/19 – 1:4, 1:1; 2019/20 – 1:3; 2020/21- 1:2, 1:1; 2021/22 – 3:0, 2:2; 2022/23 – 3:0, 4:0; 2023/24 – 3:1.
Cəzalı: Davit Volkov (Sabah).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Bank Respublika Arena”. Saat 17.00.
Masazırda avrokuboklara iddialı iki komanda üz-üzə gələcək. Ötən həftə “Qəbələ”yə uduzaraq (0:2) ilk “dördlüy”ü tərk edən “bayquşlar”ın indi məğlub olmaq lüksü yoxdu. Çünki növbəti xal itkisi komandaya çox baha başa gələ bilər. Hazırda Renduliçin özünü sübut etməsi, futbolçuların isə özünəinamı bərpa etməsi vacibdi. Komandanın “doğma divarlar” arasında meydana çıxacağanı və ümumi statistik göstəriciləri nəzərə alsaq, “Sabah”ı nisbi favorit saymaq olar. Lakin mövsümün sonuna cəmi 2 tur qalıb. Masazırdan əksər hallarda məyus qayıdan “kimyaçılar” bu dəfə qələbə qazanmalıdı. Ona görə ki, 3 xal Samir Abasovun komandasının işini xeyli asanlaşdıracaq. “Gənclik şəhəri”nin təmsilçisi 7 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirməlidi. O da unudulmamalıdı ki, “Sumqayıt” sonuncu dəfə məhz “Sabah”a məğlub olub (27-ci tur: evdə - 1:2.) Həm də “kimyaçılar” “bayquşlar”ın meydanında keçirdiyi son 3 matçda xala həsrət qalıb.
Ümumiyyətlə, bu komandalar 22 görüşdə üz-üzə gəlib. Bunların 12-də Masazır, 7-də Sumqayıt təmsilçisi qələbə qazanıb, 3 oyunda hərəyə 1 xal düşüb. Topların nisbətində “tələbələr” öndədi – 42:22.

Səbail – Neftçi - 0:3
Brayan Moreno, 69. Ataa Caber, 77. Qara Qarayev, 82.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 12+1=3-8, 8:26.
2017/18 – 1:0, 0:4; 2018/19 – 0:2, 2:2; 2019/20 – 0:0; 2020/21 – 1:3, 0:4; 2021/22 – 1:3, 0:1; 2022/23 – 0:2, 1:1; 2023/24 – 2:4.
Cəzalılar: Yuri Matias, Andre Şinyaşiki (hər ikisi “Neftçi”).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: TURAL QURBANOV, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı. “ASCO Arena”. Saat 17.00.
“Səbail”in mövsümü 6-cı pillədə bitirməkdən başqa hədəfi ola bilməz! Şahin Diniyev komandasını məhz bu məqsədlə meydana çıxaracaq. “Dənizçilər”in statistik göstəricilər baxımından bu oyunda şansı azdı. Amma rəqibin iki əsas futbolçusunun cəzalı, kapitan Emin Mahmudovun zədəli olması meydan sahiblərinin işinə yaraya bilər. “Neftçi” isə avrokuboklar uğrunda mübarizədə büdrəməməlidi. Kubokla vidalaşan Bojoviç rəhbərliyin tapşırığını, yəni mövsümü 2-ci pillədə bitirməyi öhdəsinə götürübsə, yeganə çıxış yolu Bayıldan 3 xalla qayıtmaqdı. Onu da nəzərə alaq ki, “Səbail” son 19 matçda bu rəqibə qalib gələ bilməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 26 dəfə qarşılaşıb. Bunların 2-də “dənizçilər”, 19-da “ağ-qaralar” qələbə qazanıb, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “Neftçi” öndədi – 58:16.

Kəpəz – Zirə - 0:1
Salifu Suma, 49
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 9:+3=4-2, 8:7.
2015/16 – 1:1, 2:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 0:3, 0:0; 2022/23 – 1:2, 1:1; 2023/24 – 0:0.
Cəzalılar: Olavale Onaquna, Şakir Seyidov, Martins Junior (hamısı “Kəpəz”).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz. Şəhər stadionu. Saat 17.00.
Adil Şükürovun komandası ötən həftə “Neftçi” önündə acınacaqlı məğlubiyyət yaşadı. İndi toparlanmaq və nəticə qazanmaq zamanıdı. Ona görə ki, “Kəpəz” mövsümü 8-ci pillədə bitirmək istəyir. Bunun üçün şansların olduğunu da bilirik. Gəncəlilər “Zirə”ni büdrətməklə hədəfə çatmaq yolunda tutarlı addım ata bilər. Təbii ki, zədəlilərlə cəzalıları əvəzləyəcək futbolçular layiqincə çıxış etsə... “Qartallar” isə avrokuboklara vəsiqə uğrunda növbəti gərgin matça çıxacaq. Rəşad Sadıqovun komandası qızıl dəyərində olan bir xalın belə itirilməsinə görə peşman olmaq istəmirsə, səfərdən mütləq əlidolu qayıtmalıdı. Bu yöndə şansları artıran məqam isə “Zirə”nin “sarı-göylər”ə qarşı keçirdiyi son 11 matçda uduzmamasıdı.
Bu komandalar indiyə qədər 19 dəfə qarşılaşıb. Bunların 3-də gəncəlilər, 8-də “qartallar” qalib gəlib, daha 8 matçda qalib müəyyənləşməyib. Topların nisbətində qəsəbə təmsilçisi öndədi – 25:17.

1. Qarabağ 35 26 4 5 95-35 82
2. Neftçi 35 16 8 11 51-39 56
3. Zirə 35 15 10 10 32-22 55
4. Sabah 35 16 7 12 49-40 55
5. Sumqayıt 35 14 12 9 36-38 54
6. Turan Tovuz 35 12 8 15 52-53 45
7. Səbail 35 11 9 15 50-59 42
8. Kəpəz 35 9 8 18 39-66 35
9. Araz-Naxçıvan 34 9 8 17 29-46 35
10. Qəbələ 35 7 5 23 30-63 26
Bombardirlər: Olavio Juninyo (Qarabağ) - 18, Aleksandr Ramalinqom (Səbail) - 15.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

19-02-2023, 20:0

"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

30-10-2022, 20:0

"Sabah" son dəqiqə qoluna sevindi - YENİLƏNİB

Premyer-liqa / Manşet

2-10-2022, 20:0

"Sabah"dan çətin qələbə, Sumqayıtda qol vurulmadı - YENİLƏNİB

Ölkə futbolu / Manşet

15-05-2022, 19:0

"Zirə" və "Qəbələ" Konfrans Liqasında - YENİLƏNİB

Premyer-liqa / Manşet

17-09-2023, 21:0

"Qarabağ"dan qələbə, Tovuzda qollu heç-heçə - YENİLƏNİB

Aktual
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Daha çox
Oxunub: 300
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə