Klub rəhbəri açıqlamasında səhhətində yaranan problemlərə görə istefa verdiyini bildirdi. Onu da qeyd edək ki, Quliyevin adı bir neçə dələduzluq faktında da hallanıb. Belə gözlənilməz istefa xəbəri fikirlərimizi qarışdırdı. Mövsümün həlledici vaxtında istefa qərarının elan olunması komandanın əhval-ruhiyyəsini korlamadımı?
"Futbol+"in bu sualına "Fizuli"nin icraçı direktoru Vasif İsmayılov cavab verdi:
"Rauf Quliyevin səhhətində bəzi problemlər var. Ürəyinə stend qoyulduğundan ona həyəcanlanmaq olmaz. Əslində xeyli vaxtdı klub prezidenti vəzifəsindən ayrılmaq istəyirdi. Buna baxmayaraq, yenə də yanımızdadı. Sadəcə, klub prezidenti yox, İdarə Heyətinin üzvü kimi. Komandada hər şey yaxşıdı. Futbolçular da bilir ki, Rauf müəllim, sadəcə, prezidentlikdən istefa verib. Lakin yenə də kollektivimizin yanındadı".
GÜNAY SÜLEYMANOVA



