“Xırdalan” niyə darmadağın oldu?

17.05.2024 18:50 205
İdman
Kişi basketbolçular arasında ölkə çempionatında dünən 3-cü yer uğrunda seriya start götürüb.

“Football-plus.az” xəbər verir ki, "Xırdalan"la "NTD-İndiqo" üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşmada "NTD-İndiqo" 95:79 hesabıyla qalib gəlib. Seriyanın ikinci matçı mayın 18-də keçiriləcək. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də gerçəkləşəcək. "Football-plus.az" oyunla bağlı fikirlərini öyrənmək üçün "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmirlə əlaqə saxlayıb:
“Öncə rəqibimizi təbrik edirəm. Bu qarşılaşmada öz oyunumuzdan uzaq idik. Bunun müəyyən səbəbləri ola bilər. Motivasiyanı və iki vacib oyunçumuzun aramızda olmamasını qeyd edə bilərəm. Bunlara baxmayaraq, oyuna ortaq idik. Lakin son çeyrəkdə seçim səhvlərinə yol verdik. Düşünürəm ki, növbəti oyunda əksi əksi olacaq. Oyunçularım və komandam mövsümü yüksək notda bitirmək istəyir. Ümid edirəm ki, bunu etməklə bizi sevənləri sevindirəcəyik".


GÜNAY SÜLEYMANOVA